Səhra çiçəyi

Salam. İlk olaraq bir il əvvəl oxuduğum "Səhra çiçəyi" kitabından bəhs etmək istədim.

Kitab haqqında
Varis Dirie onu dünyalarca məşhur edən bu romanı  yazmaq üçün nə təxəyyülünə güc verib, nə də başqalarının həyat hekayələrini soraqlayıb. “Səhra çiçəyi” müəllifin öz başına gələnlərdir: kəlməbəkəlmə, addımbaaddım yaşadıqlarıdır. Allahın sevib yaratdığı insana əta etdiyi gözəlliklərdən necə məhrum edilməsi, həyat eşqinin hələ körpə qızcığazkən balaca köksündə boğulması, dün­yəvi həzlərə həsrət qoyulması barədə olduqca qəmli bir hekayət danışır Varis. Somalinin dodaq çatladan susuz səhralarında boy atan bu çiçək, onu məhv olmağa qoymayan, bu günün Varisi edən sevgidən, insanlara, yaradılışa inamdan rişələnir. İllər sonra məşhur model olan qəhrəmanımız geridə qoyduğu tarixçəsini bölüşməyi özünə borc bilir – beləcə, “Səhra çiçəyi”ni yazmaqla özünü yazıçılıqda da sınayır. Varis Afrikanın dəhşətinə çevrilmiş “qız sünnəti”nin onu necə şikəst etdiyini anladığı andan buna qarşı mübarizə aparmağa çalışıb. “Səhra çiçəyi” həm də bu mübarizənin bir for­masıdır. Tezliklə bestsellerə çevrilən əsəri ilə o, daha da məşhur olmaqla bərabər böyüklərin əlində alətə çevrilən qızcığızlara qurtuluş yolu da göstərmiş olub.
Tərcümə:  Vüsalə Muxtarova
Bakı, Qanun Nəşriyyatı, 2014
344 səhifə. 
Kitabda məşhur Somali əsilli fotomodel V.Dirie Afrika səhralarından şöhrətin zirvəsinə uzanan həyat yolundan bəhs edir.
Varis səhrada köçəri həyat yaşayan çoxuşaqlı bir ailədə dünyaya gəlir. Kiçik qız ilk zərbəni daha 3-4 yaşlarında zorlandığı zaman alır. Qabaqda isə onu daha böyük bir sınaq gözləyirdi - sünnət. 7 yaşlı qızın cinsi orqanların kəsilib tikilməsi və bunların baş verdiyi şərait insanı dəhşətə gətirir. Daha uzun illər qənc qız bu vəhşiliyin əziyyətini çəkir. Elə kitabın yazılmasının əsas səbəbi də dünyanın diqqətini Afrikada hələ də var olan bu adətə çəkmək və onunla mebarizə aparmaq idi.
13 yaşımda təsadüfən atasının onu 60 yaşlı kişiyə verməyə hazırlaşdığını eşidən Diriye evdən qaçır, paytaxt Moqadişoya tək başına gedib çıxır. Çətinliklərlə keçən bir neçə ildən sonra həyat onu Londana gətirib çıxarır...


Kitabda diqqətimi çəkən yerlər
 Kitabı oxuyandan bir il sonra iki epizod canlanır gözümün qarşısında. İlki sünnət səhnəsidir. Meşədə torpağın üstüdə uzanan qız, qarının halı, paslı ülgücün təsviri... Hələ da yadıma düşəndə pis oluram.
İkinci edizod isə Dirienin təyyarə sınağı və ilk Avropa təəsuratları oldu. Ən çox da ağ insanların olduğuna təəcüblənən qızın reaksiyası maqaqlı idi. Ümumi olaraq onu deyim ki kitab asan dillə yazılıb, rahat oxunur və çox maraqlıdır.

Kitab ilk olaraq 1998-ci ildə nəşr olunub.
2009-cu ildə kitabın əsasında film çəkilib.
Waris Dirie - Desert Flower (ing.)
Waris Dirie - Çöl çiçeyi (tr.)
Уорис Дири - Цветок пустыни (rus.)

ki

Yorumlar