Paris Notr-Dam kilsəsi

2016 ya Viktor Hüqonun "Paris Notr-Dam kilsəsi" ilə başladım.
Kitabı rus dilində və elektron versiyada oxudum.
Kitab həmçinin azərbaycan dilinə də tərcümə olunub, bu da həmin nəşrin tipoqrafik məlumatları:

ADI: Paris Notr-Dam kilsəsi
ƏSL ADI: Notre-Dame de Paris (fransızca)
MÜƏLLİF: Viktor Hüqo
TƏRCÜMƏ EDƏN: Mikayıl Rəfili
NƏŞR: Bakı; "Şərq-Qərb"; 2007; 488 səh.

VİKTOR HÜQO kimdir?



Viktor-Mari Hüqo (1802 1885) — böyük fransız yazıçı, dramaturq, şair, publisistdir. Utopik realizmin ən nüfuzlu nümayəndələrindən biri sayılır. Hüqo başlıca olaraq özünün poetik və dramatik əsərləri ilə şöhrət qazanmışdır. Nəzm əsərləri arasında "Düşüncələr" və "Əsrlərin əfsanəsi" kimi poemaları daha məşhurdur. Dünya oxucularının isə ən çox bəyəndiyi əsərləri yəqin ki, "Səfillər" və "Notrdam qozbeli", "Edam məhkumunun son günü" romanlarıdır. 
Fransa siyasi həyatında da olduqca aktiv olan Hüqo gənclik illərində mühafizəkar meylli olsa da, sonralar siyasi sollara qoşulur və respublika ideyasının ən çılğın tərəfdarına çevrilir.
Əsərləri bir qayda olaraq yaşadığı dövrün və cəmiyyətin siyasi, sosial problemləri və mədəni həyatda baş verən hadisələri canlandırırdı.

Nəyə görə Notr-Dam kilsəsi?



Fransız qotik memarlığı abidələrindən olan Məryəm Ana kilsəsi 1163-1345 ci illər arası inşa olunub. XIX-cu əsrin əvvəllərində şəhərdə gedən yenidənqurma işləri çərçivəsində bu kilsəni tamami ilə yeniləmək və ya sökmək planlaşdırılmışdı. Parisə vurğun olan Hüqo bu dəyişikliyin qarşısını alçaq üçün Notr-Dam kilsəsi haqqına əsər yazmaq qərarına gəlir. Deyilənlərə görə 6 ayda əsər tamamlanır (1831). Yazıçı bununla öz istəyinə nəil ola bilir. Bütün Paris xalqı kilsənin tarixi görünüşünü qorumaq üçün ayağa qalxır. Beləcə Məryəm Ana kilsəsi hələdə əvvəlki görkəmində qalmağa dəvam edir.

Qısaca əsər haqqında.

Əsərdə Claude Frollo adlı bir keşiş kilsənin qarşısında bir körpə tapmışdır və çox çirkin bir körpə olduğundan ona fransızcada "əskik-tamamlanmamış" mənasını verən Kvazimodo adını verir. Kvazimodo böyüyəndə isə keşiş ona kilsənin zəngini çalmaq vəzifəsini tapşırır. Bir müddət sonra zəngin səsi səbəbiylə Kvazimodo kar olur. 
Günlərin bir günü Esmeralda adında bir qaraçı qızla tanış olur. Kvazimodonun onu görüb aşiq olmasıyla hadisələr qarışır, çünki keşiş Claude Frollo da bir din adamı kimi yaşamaqdan bezmişdi və Esmeraldaya duyğular bəsləməkdə idi. Esmeralda isə əsilzadə və varlı ailənin oğlu, eşqbaz, yaraşıqlı bir zabit olan Phoebusə sevgi bəsləməkdə idi. Elə bundan sonra da hadisələr qarışır.

Kitab haqqında təəsuratlarım.

Düzü kitabı oxuyanda əməlli başlı əziyyət çəkdim, çünki kitablarda təsviri sevmirəm. Amma bu haqda daha sonra yazacam. 
Özüm üçün balaca bir siyahı hazırlamışam, elə o sırayla da fikirlərimi sırayla paylaşım...

1. Mətn, qrammatik və mexaniki səhvlər 
Mən rus dilində olan tərcüməni oxumuşam, və bildiyiniz kimi rusların böyük tərcümə təcrübəsi var. Qısası ideal formada tərtib edilmiş kitab oxudum deyə bilərəm. 
Esmeralda
2. Hekayəni çatdırma tərzi 
Bayaq da dediyim kimi uzun-uzadı təsvir səhnələrini sevmirəm. Bildiyiniz kimi də kitabın yazılma səbəbi Notr-Dam kilsəsinə diqqət çəkmək idi. Buna görə də Kitabda səifələrlə Paris, Notr-Dam kilsəsi və başqa abidələr təsvit olunub. Etiraf edirəm ki bəzi səifələri buraxdım.

3. Qəhramanlara qarşı münasibətim - 
Bu kateqoraya məntiqsiz görünə bilər. Ancaq burda demək istədiyim müəlliflə oxucunun qəhrəmanlara qarşı olan münasibətlərinin üst üstə düşməyə bilməsidir. Mənfini sevə bilərsiniz, müsbət qəhrəman isə sizə tamami ilə tərs olar.
Kitabdan bir səhnə
Burda iki mənfi qəhrəmanım oldu: Klod Frollo və Feb. İlki 16 yaşlı Esmeraldaya qarşı hiss etdiklərini sevgi zənn edir və qızın həyətını məhv edir. "Sevgi zənn edir" dedim, çünki hərəkətləri tam əksini göstərir. Feb isə qızın saf sevgisindən istifadə edərək onu uçuruma aparır.


Kitabın süjet xətti yuxarıda təsvir olunandan daha ətraflı və maraqlıdır. Əgər kitabı e-book şəklində oxumaq istəsəniz burdan yükləyə bilərsiniz.













Yorumlar