Sinan Akyüz ün bu kitabı haqqında yazmaq istədim.
Sayfa Sayısı: 328
Baskı yılı: 2015
Dili: Türkçe
Yayınevi: Alfa Yayıncılık
Qısaca kitabdan:
Suada Hatiboviç Yuqoslaviyada yaşayan müsəlman bosniyalı qızıdır. Üç uşaqlı ailənin ən kiçiyidir. Konservatoriyada pianino təhsili alır. Gənc qız universitetin ilk günündə professor Duşankanın otağında tanış olur Tarıkla. İlk görüşdən sevgi idi onlarınki.
Tarıkın atasını görmək üçün Almanyaya getdiyi bir zamanda qrup yoldaşı - serbiyalı Vukadin- Suadaya eşqini elan edir. Ancaq Suadanın qəlbində Tarıkdan başqasına yer yoxdur.
Gözəl keçən günlər Suadanın Ramazan bayramı üçün evi Milyavivaya getməsi ilə sonlanar. Başlayan müharibə həyatları alt-üst edər...
Fikirlərim:
Əvvəlcə onu qeyd edim ki Sinan Akyüzün yazıçı olmadığı hiss olunur. Kitabın ədəbi dəyəri zəifdir. Ancaq bir jurnalist olaraq hadisələri çox gözəl çatdırıb.
Daha sonrası, Vukadinin Suadaya eşqini elan etdiyi epizoda toxunmaq istərdim. Qızın cavabı çox sərt gəldi mənə. Gənci sevməmək olar, xristiyan olması qıza tərs gələ bilər, ancaq oğlanı təhqir etməsini sevmədim. Elə bu cavab da Vukadinin ürəyində intiqam atəşini yandırmağa kifayət etmişti.
Mənim üçün əsas hissə müharibə hissəsi oldu. Bəlkə fikir vermisiniz, Yuqoslaviya hadisələri eyni ilə Qarabağ hadisələrinin təkrarı idi sanki.
Qısacası çox maraqlı kitabdır. Oxumağa dəyər.

Yorumlar
Yorum Gönder