Uzun müddətdir Pınar xanımın keçirdiyi "Okuma Şenliyi"ni izləyirdim, ancaq bəzi səbəblərə görə qatıla bilmirdim. İndi isə Azərbaycanlı kitabsevərlər üçün belə bir proyektə ev sahibliyi etmək fikrinə gəldim. Ümid edirəm ki bəyənilər...
Əslində bu "Book challenge" layihələri dünyaca məşhurdur. Rus kitab saytlarının çoxunda bu barədə məlumat var.
P.S.Logo və proyekt adı üçün təkliflərinizi gözləyirəm
Əslində bu "Book challenge" layihələri dünyaca məşhurdur. Rus kitab saytlarının çoxunda bu barədə məlumat var.
P.S.Logo və proyekt adı üçün təkliflərinizi gözləyirəm
QAYDALAR:
- Festival 10 avqust - 31 dekabr 2015 tarixləri arasında baş tutacaq. (10 avqustdan əvvəl və 31 dekabrdan sonra oxunan kitablar hesaba alınmır).
- Festivala 10 avqust - 31 dekabr arası istədiyiniz vaxt qoşula bilərsiniz.
- Oxuduğunuz hər kitabı sadəcə bir kateqoriyaya aid edə bilərsiniz. (Və eləcə də hər kateqoriyaya sadəcə bir kitab aid edə bilərsiniz). Kateqoriyalara uyğun hazırlayacağınız siyahılarda dəyişiklik etmək mümkündür.
- Kateqoriyaların hamısını tamamlamaq məcburiyətində deyilsiniz. Məqsəd oxuya bildiyiniz qədər çox kitab oxumaqdır.
- Hər kateqoriyaya uyğun ballar verilir. Son 4 kateqoriyanın bütün kitablarını oxusanız əlavə ballar qazanacaqsınız.
- İstədiyiniz dildə kitab oxuya bilərsiniz
- Əlaqə üçün:
blogger - kitabdunyamdan.blogspot.com
instagram - kitabdunyam
gmail - kitabdunyam@gmail.com (Festivala qoşulmaq üçün bu vasitələrin sadəcə birini istifadə etməklə xəbər verin).
- Hər ayın sonu oxuduğunuz kitablarla bağlı məlumatı bizimlə paylaşın ki təxmini balları öyrənə bilərik.
- Həmçinin instagramda #kitabfestivalı ilə paylaşımlar (kitab siyahılarınızı da) edin. Kimin hansı kitabları oxuduğunu bilmək maraqlı olacaq.
- 10 YANVAR 2016 TARİXİNƏ KİMİ NƏTİCƏLƏRİNİZİ (KATEQORİYA ADI VƏ YA SIRA NÖMRƏSİ - OXUDUĞUNUZ KİTAB - VƏ MÜƏLLİFİ) AŞAĞI ŞƏRH OLARAQ, İNSTAGRAM ÜNVANINA (KİTABDUNYAM) VƏ YA kitabdunyam@gmail.com ünvanına göndərin
KATEQORİYALAR:
1. 500 səifədən uzun bir kitab (original versiya, elektron yox!) (10 bal)
2. Adı bir mövsümü (yay/ qış/ yaz/ payız) xatırladan bir kitab (10 bal)
3. İlk dəfə sizin doğulduğunuz ildə nəşr olunan bir kitab (10 bal)
4. Azərbaycan Sovet ədəbiyatından bir kitab (10 bal)
5. Adı tək sözdən ibarət olan bir kitab (10 bal)
6. Klassik roman (10 bal)
7. Əsasında film çəkilmiş bir kitab (10 bal)
8. Qadın yazıçının bir kitabı (10 bal)
9. Uzun müddətdir kitab rəfində duran, ancaq hələdə oxumadığın bir kitab (10 bal)
10. Məşhur bir yazıçının ilk kitabı (10 bal)
11. 2015-ci ildə ilk dəfə nəşr olunmuş bir kitab (10 bal)
12. Gələcəkdən bəhs edən bir kitab (10 bal)
13. Adında rəng olan bir kitab (10 bal)
14. Az tanınan (və ya tanınmayan) azərbaycanlı bir yazıçının kitabı (10 bal)
15. Gülməli bir kitab (10 bal)
16. Aftobiografik (müəllifin ÖZ həyatından yazdığı) bir kitab (10 bal)
17. Hərhansı bir seriyanın bütün kitabları (1 kitaba -10 bal, bütün kitabları oxuyanlara əlavə - 20 bal)
18. Bir müəllifdən üç kitab (1 kitaba - 10 bal, 3 kitaba - əlavə 20 bal)
19. Bu günə qədər heçbir kitabını oxumadığınız 4 müəllifdən (2 azərbaycanlı, 2 xarici/ 2 qadın, 2 kişi) 1 kitab (ümumi 4 kitab). (1 kitaba - 10 bal, 4 kitaba əlavə 30 bal)
20. Özünüz fikirləşdiyiniz bir kateqoriyadan 2 kitab (1 kitaba - 10 bal, 2 kitab əlavə 20 bal)
İlin sonuna qədər oxuduğunuz kitabların yekun siyahısını göndərin. Yekun nəticələr açıqlanacaqlar.
Nə qədər xeyri olar bilmirəm, ancaq elektron kitablar oxuya biləcəyiniz birneçə saytın linkini verəcəm. Rus dilində elekton kitab tapmaq çox asandır. Azərbaycan və türk dilində kitab tapmaq çətin olur.
azərbaycan dilində
türk dilində
Yorumlar
Yorum Gönder