Ələviyyə Babayeva
Bu gün çox sevdiyim bir yazıçımızdan və onun iki kitabından bəhs edəcəm.

Ələviyyə Babayeva 1921-ci il avqustun 12-də Bakıda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra ADU-nun fılologiya fakültəsində təhsil almışdır. Ədəbi fəaliyyətə 1936-cı ildə "Ədəbiyyat qəzeti"ndə dərc olunmuş "İki həyat" adlı hekayəsi ilə başlamışdır. Hekayə, povest və romanlar yazmaqla yanaşı, müasir rus ədəbiyyatından tərcümələr etmişdir. A.Qaydarın "Uzaq ölkələr" (1950), V.Biankinin "İz ilə" (1947), "Ayı balası" (1959), "Qırmızı təpə" (1963), K.Paustovskinin "Oğru pişik" (1951), V.Q.Korolenkonun "Satın alnmış uşaqlar" (1962), Y.Sotnikin "Əcaib quş" (1964), V.Astafyevin "Ulduz xəzanı" (1970), Y.Çaruşinin "Nikitanın oyuncaqları" (1984) və b. onun tərcüməsində kütləvi tirajla çap olunmuşdur. "Azərbaycan qadını" jurnalında məsul katib (1951-1973), "Gənclik" nəşriyyatında müasir ədəbiyyat şöbəsinin müdiri (1973-1976), sonra baş redaktor (1976-1985) olmuşdur. Moskvada Azərbaycan ədəbiyyatı ongünlüyündə, həmçinin Azərbaycanın bir çox yerlərində ədəbi tədbirlərdə iştirak etmişdir. Azərbaycan Yazıçılar Birliyinin qəbul komissiyasının üzvü, tərcümə seksiyasının rəhbəri olmuşdur.23 sentyabr 2014-cü ildə vəfat etmişdir.
Müəllifin oxuduğum iki kitabından bəhs etmək istəyirəm: "Səni axtarıram" və "İnsanlar və talelər". Düzünü desəm kitabların konkret süjüt xətti yadımda deyil. Amma onu deyim ki, kitabların birində kəndə işləməyə gedən həkim qızın həhs olunur. Digərində isə kənddən şəhərə universitet oxumağa gələn, pis yola düşən gənc qızdan bəhs olunur.
Hər iki kitab çox maraqlı idi. Təəsüf ki müəllifin başqa kitabları yoxdur məndə, kitabxanadan isə sovet kitablarını tapmaq çətin məsələdir. Ən qısa zamanda tapıb oxumaqı ümid edirəm, sizə də məsləhət görürəm.
KİTABLARDAN HİSSƏLƏR
1.
Tarix boyu insanın bir çox mənasız kəşfləri olub. Bunlardan ən mənasızı, ən rəzili - MÜHARİBƏdir. Müharinənin bir rəzaləti də var - o tək insanı deyil, vaxtı da öldürür. Böyük bir nəslə ömrün ən fəal, ən gözəl, ən çiçəkli dövrünü kim qaytara bilər? Bu yalnız bir ilin, beş ilin itkisi deyil, gələcək üçün də itkidir. Bu dövrdə gənclik təhsil alır, formalaşır, həyatın istiqamətini təyin edir. Müharibə isə ömrün ən çiçəkli dövrünü yeyir. Buna görə də böyük bir nəslin nəinki gəncliyi, gələcəyi də olmur.
("SƏNİ AXTARIRAM")
2.
Düşməndən qorxma, bəd ayaqda bilirsən ki, o səni öldürəcək. Dostan qorxma, bəd ayaqda o səni bada verməyəcək. Qorx o adamdan ki laqeyiddir. Çünki həyatda bütün fəlakətlər - ölüm, satqınlıq, riyakarlıq - laqeyid adamların dinməz təbəssümü nəticəsində icra olunur.
("SƏNİ AXTARIRAM")
3.
"İlanla dərvişin nağılı"
Bir gün bir dərviş ilanı ölümdən qurtarır. Onlar razılığa gəlirlər və ilan girir dərvişin torbasına. Onlar şəhərbəşəhər gəzir, tamaşa göstərir, pul qazanırlar.
Bir gün ilan dərvişdən soruşur:
- Hə, de görüm səni harannan sancım?
Dərviş təəcüblənir:
- Birincisi biz dostuq, ikincisi mən səni ölümdən qurtarmışam, üçüncüsüdə ki...
- Üçüncüsüdə ki mən ilanam.
İlan bu sözləri deyib dərvişi sancır, onu öldürür.

Yorumlar
Yorum Gönder