Film olacaq kitablar

Kitabların film olduğunu çox görmüşük. Uğurlu alınanı da olub, alınmayanı da. İnternetdə oxuduğum bir məlumatdan sonra 2015 – 2016-cə illərdə film olmuş və ya olacaq bəzi kitabları paylaşmaq istədim:

 1. Devil in the white city  

(Дьявол в белом городе/ Ağ şəhərin şeytanı) – Erik Larson
Ümümdünya Çikaqo sərgisi üçün memar Daniel Bernxem 1893-cü ildə möhtəşəm bir otel tikir. Əslində isə bu otel işgəncələr sarayına çevrilir. Gənc yaraşıqlı həkim Henry Hovard Holms gözəl və gənc qadınları buraya cəlb edib işgəncələr verir.
H.H.Holms
P.S. Real hadisələr əsasındadır. Cani H.H.Holmsun 200-ə yaxın qadını öldürdüyü ehtimal olunur. 

BAŞ ROLDA: Leonardo di Kaprio
REJİSOR: Martin Scorsese
JANR: drama/ tarix/ triller
ÖLKƏ: ABŞ
PREMYERA: 2016


2. The dressmaker

(Портниха/ Dərzi) – Rosaline Ham
Gənc qadın illər əvvəl cinayətdə ittiham edildikdən sonra tərk etdiyi doğma şəhərinə geri qayıdır. Şəhər sakinləri əvvəlcə onu qəbul etmirlər. Lakin qısa müddətə qadın ağlı və gözəl paltar tikmək qabiliyəti ilə onların qəlblərini qazanmağı bacarır.
BAŞ ROLDA: Kate Winslet
REJİSOR: Jocelyn Moorhouse
JANR: drama
ÖLKƏ: Avstraliya

PREMYERA: 2015

3. The Rosie Project

(Проект «Рози»/  “Rozi” proyekti) – Graeme Simsion
Asperger sindromlu (yüksək intelektə malik olan, lakin sosial qabiliyyətləri zəif inkişaf etmiş insan) genetika professoru ailə qurmaq qərarına gəlir. Bu səbəbdən “həyat yoldaşı” proyektini yaradır və zərərli vərdişləri olmayan ideal qız axtarışına çıxır. Professorun təsadüfən tanış olduğu barmen qız bu kriteriyaların heç birinə uyğun gəlmir. Bəs bu evlənmək üçün vacibdirmi?
BAŞ ROLDA: Jennifer Lawrence
JANR: romantika
ÖLKƏ: ABŞ

4. The girl on the train

(Девушка в поезде/ Qatardakı qız) – Paula Hawkins
Qarışıq cinayət hekayəsidir. Cinayətin izinə isə Reyçel düşür. Əslində gənc qadın bu yolla öz həyatındakı problemlərdən qurtulmağa çalışır: uğursuz boşanmasını unutmaq və içkini atmaq. Kim bilə biərdi ki bu hədisə Reyçeli onun zənn etdiyindən daha çox əlaqələndirir.
BAŞ ROLDA: Emily Blunt
REJİSOR: Tate Taylor
JANR: triller
ÖLKƏ: ABŞ     
PREMYERA: 7.10.2016

5. Looking for Alaska

(В поисках Аляски/ Alyaskanın axtarışında) – John Green
Meylz Holter özəl məktəbdə yeni bir həyata başlayır. Qızlar (birinin adı Alyaskadır), dostlar və düşmənlər, macəra və risk onu gözləyir...
REJİSOR: Rebecca Thomas
JANR: drama
ÖLKƏ: ABŞ
PREMYERA: 2016

6. The 5th wave

(Пятая волна/ Beşinci dalğa) – Rick Yancey
İlk dalğa arxasında qaranlıq qoydu. İkincidən sadəcə ən şanslılar qaça bildilər. Ancaq üçüncüdən sonra sağ qalanları çətin ki şanslı adlandırmaq olar. Dördüncü dalğa bütün insanlıq qanunlarını məhv etdi, yerinə isə sadəcə bir qanun yaratdı: yaşamaq istəyirsənsə heç kimə inanma. Və budur, beşinci dalğa gəlir. Bu yeni dünyada sadəcə tənha insanlar sağ qalacaqlar. 
Məhv olan dünyadan və hər kəsi xilas etməli olan qəhrəman qızdan bəhs olunur.
BAŞ ROLDA: Cloe Grace Moretz
REJİSOR: J Blakeson
JANR: macəra, elmi fantastika, triller
ÖLKƏ: ABŞ
PREMYERA: 15.01.2016

7. The crowded room


(Переполненная комната/ Dolu otaq) – Daniel Keyes
Daxilində 24 müxtəlif şəxsiyətlər olan bir insanın (Billi Milligan) real hekayəsidir. Böyüklər və uşaqlar, kişilər və qadınlar, canilər və incə ruhlu insanlar – hər biri Bilin bədənini nəzarətə almaq üçün mübarizə aparır.
BAŞ ROLDA: Leonardo di Kaprio
Billi Milligan

8. The Circle
 (Сфера/ Sahə) – Dave Eggers

“Sahə” – hərkəsin birbirinə qulaq asdığı və dünyanı mükəmməlləşdirdiyi ideal kompaniya, parlaq beyinlərin birliyidir. “Sahə” – yeni dünya yaradır. Bütün həyatlar açıq kitab kimidir- sirrsiz, qısqanclıqsız, pisliksiz.
Qeydiyatdan keç, “layk” qoy, dostluq et... və daima xoşbəxt qalacaqsan.
Sosiyal mediyanın həyatımızı necə ələ keçirdiyindən bəhs edir.
ROLLARDA: Emma Watson, Tom Hanks, Karen Gillan
REJİSOR: James Ponsoldt
JANR: drama, elmi fantastika, triller
ÖLKƏ: ABŞ, BƏƏ
PREMYERA: 2016
JANR: drama
ÖLKƏ: ABŞ

9. The 9th life of Louis Drax

(Девятая жизнь Луи Дракса/ Lui Draksın doqquzuncu həyatı) – Liz Jensen
9 yaşlı oğlan keçirtdiyi qəzadan sonra komaya düşür. Polis günahkarı axtarır və əsas şübhəli Luinin atasıdır. Psixoloq Allan Paskal qəzaya səbəb olan qəribə hadisələri öyrənmək üçün oğlanla danışmağa çalışır. Hadisələrin dərinliyinə endikcə reallıq və fantaziya arsındakı sərhəd itir.
BAŞ ROLDA: Jamie Dornan
REJİSOR: Aleksandre Aja
JANR: triller
ÖLKƏ: Kanada, Birləşmiş Krallıq, ABŞ
PREMYERA: 2015-11-03

10. Where`d you go Bernadette
(Куда ты делась Бернадетта/ Hardasan Bernadetta) – Maria Semple
Yeni ilə bir neçə gün qalmış Bernadetta ana itkin düşür və qızı Bi onun axtarışına çıxır.

REJİSOR: Richard Linklater
JANR: komedia
ÖLKƏ: ABŞ 





11. Beautiful ruins

(Прекрасные руины/ Gözəl dağıntılar) – Jess Walter
60-ci illərdə balaca italyan kəndində başlayan sevgi hekayəsi 50 il sonra yenidən alovlanır.
BAŞ ROLDA:  İmogen Poots
REJİSOR: Todd Field
JANR: drama
ÖLKƏ: ABŞ 

12. How to be single

(Легко ли быть одной?/ Tək olmaq asandırmı?) – Liz Tuccillo
Jurnalist Culli Censon dünyanı gəzir və müxtəlif ölkələrdəki qadınların tənhalıqla necə başa çıxdıqlarını araşdırır. Bəs görəsən o öz xoşbəxtliyini nə vaxt və harda tapacaq?
ROLLARDA: Dakota Johnson, Rebel Wilson, Alison Brie
REJİSOR: Christian Ditter
JANR: romantika, komedia
ÖLKƏ: ABŞ
PREMYERA: 12.02.2016

13. İnferno - Dan Brown  
İtalyanın ən sirli şəhəri olan Florensiyaya gələn professor Lenqdon bir anda özünü bütün insanlığın məhvi ilə nəticələnə biləcək hadisələrin içində tapır. Tək çarə Dantenin ölümsüz poemasında qoyduğu sirri açmaqdır.

ROLLARDA: Tom Hanks, Ben Foster, Felicity Jones
REJİSOR: Ron Howard
JANR: mistika, triller
ÖLKƏ: ABŞ, Yaponiya, Türkiyə, Macarıstan
PREMYERA: 14.10.2016






14. Me before you
(До встречи с тобой/ Səndən öncə mən) – Jojo Moyes
Fəlçli xəstəsi Will Treynora aşiq olan Li Klarkın hekayəsidir.
BAŞ ROLLARDA: Emilia Clarke, Sam Claflin
REJİSOR: Thea Sharrock
JANR: drama
ÖLKƏ: ABŞ
PREMYERA: 3.06.2016 





Yorumlar