1) Anar – Ağ liman (1965)
2) Anar – Beş mərtəbəli evin altıncı
mərtəbəsi (1974-1978)
3) Günel Anarqızı – Altıncı (2004)
Belə baxanda, kitabların yazılma vaxtları arasında uzun müddət keçib, son kitabın müəllifi də fərqlidir. Ancaq, anlayacağınız kimi bu kitablar Təhminə və Zaurun hekayəsindən bəhs edirlər.
Bu idea ilk olaraq Anarın "Ağ liman" povesti ilə reallaşır. Ancaq özünü tam anlamı ilə doğruldan, "Təhminə" filminin əsasını təşkil edən "Beş mərtəbəli evin altıncı mərtəbəsi" olur.
"Altıncı" əsərinin müəllifi yazıçımızın qızı Güneldir. Burda hekəyə Təhminənin dilindən təsvir olunub. Daha dəqiq desək... Təhminənin rəfiqəsi Mədinəni xatırlayarsınız yəgin. 2000-ci illərin başında Mədinənin oğlu qızı Təhminəyə anasının köhnə bir əşyasını hədiyə edir. Onun da içindən Mədinənin əşyaları ilə yanaşı Təhminənin gündəliyi çıxır.

"Beşmərtəbəli evin altıncı mərtəbəsi"ndə bir epizod var idi. Təhminə Zaurla dənizə gedəndə yolda Spartak gilin bağına girməyə məcbur edir Zauru. Geri qayıdanda deyir ki, "Zaur, səni bura gətirməyimin başqa səbəbi də var idi, ancaq sən bunu heç vaxt bilməyəcəksən". Bu sualın cavabı Günelin "Altıncı" kitabındadır.
Əslində yazılmamış qanunlara görə Təhminəni "əxlaqsız" kimi qələmə vermək olar. Amma elə deyir. Şəxsən mənim çox sevdiyim qəhrəmanlardan biridir. Başına da gələnlər sevgisi və tənha qalmaq qorxusu ucbatında olub bəlkə də. Əslində Təhminə "bizdən bir mərtəbə yurxardadır", çümki o stereotiplərdən və standartlardan kənara çıxa bilib. O, heç nəyə baxmayaraq, yanacağını bilə bilə özünü oda atıb.
Amma Zaurla ulduzlarım sona qədər barışmadı.
Ən çoxx sevdiyim kitablardan biridir.Ən çoxda verdiyi mənanın dərinliyini sevirəm☺️məndə sevmirəm zauru😐
YanıtlaSilSalam. Bu kitab kinodaki kimidi ya ferqli?
Sil