Room


Bugün beş yaşım tamam oldu. 
Axşam dolabda yatanda həllə dörd yaşım var idi, 
gecə yataqdan oyananda isə artıq beş yaşım olmuşdu; 
çox qəribədir. 
Ondan əvvəl üç yaşım var idi, daha əvvəl isə iki, bir, safır...

Emma Donoghue "Room"/"Otaq"


Beş yaşlı Cek bütün həyatını bir otaqda keçirib. Bu otaq onun üçün bütün bir dünya, anası üçünsə 7 ildir çıxa bilmədiyi zindandır. Burda onlar oynayır, kitab oxuyur, televizora baxırdılar. Cek ekranda gördüyü hər şeyin fantaziya olduğunu zənn edirdi; otağın içindəkilər real, çölündəkilər isə gerçək olmayan kosmosdur. Anası isə evlərinin bir manyakın arxa həyətindəki səs keçirməz bir saray olduğunu bilirdi...

--- --- --- --- --- --- --- --- --- --- --- --- --- --- --- --- --- --- --- --- ---  
Balaca bir otaq təsəvvür edin.Tavanda balaca bir pəncərə; hamam, mətbəx və yataq otağı bir yerdə. Həyət qapısı sadəcə çöl tərəfdən, xüsusi kodla açılır. Və illərdir bu otaqda yaşayan ana və oğlunu təsəvvür edin.

Arada dünyaya Cekin gözüylə baxmağa çalışırdım. Deyir "otağın içi real, çölü isə fantaziyadır". Bizdə elə deyilikmi əslində. Əmin olmadığımız, gözümüzlə görmədiyimiz hər şeyi qeyri-real olaraq qəbul edirik. 

Kitabda ən çox sevdiyim hissələr Ceklə anasının münasibətləri idi. Ana oğlu üçün balaca bir yerdə hər cür şərait yardır. Onlar bir yerdə oyunlar kəşf edib oynayırlar, idaman edirlər, zibil deyə atdığımız əşyalardan oyuncaqlar hazırlayırlar. Sırf bu detallara görə anaların və pedagogların oxumağını tövsiyyə edə bilərəm. 
Qorxu - hiss etdiklərinizdir. Cəsarət isə - etdikləriniz.



Kitabın real hadisələr əsasında yazıldığı qeyd olunur.
KİTAB AZƏRBAYCAN DİLİNƏ TƏRCÜMƏ OLUNMAYIB, SATIŞDA DA GÖRMƏMİŞƏM. OXUMAQ İSTƏSƏNİZ YA İNTERNETDƏN (RUS DİLİNDƏ) E-BOOK OLARAQ YÜKLƏYİB OXUYA BİLƏRSİNİZ; YA DA TÜRKİYƏDƏN SİFARİŞLƏ GƏTİZDİRƏ BİLƏRSİNİZ.
Kitabını tapıb oxuya bilməsəniz  belə filminə baxa bilərsiniz.


Yorumlar