Uzun zamandır ki ingilis dilini öyrənməyə çalışıram. Bu yolda sınaqdan keçirmədiyim yol qalmayıb desəm yalan olmaz. İçlərindən seçdiyim ən maraqlı yolları sizinlə paylaşmaq isytədim.
1. Qrammatika kitabları
"Özünöyrən" kitablarından istifadə etmək olar. Özünüz bir dili sıfırdan başlayaraq öyrənmək istəyirsinizsə qrammatika kitablarından başlamaq yaxşı olar.
2. Film bə musiqi
"Amerikanı kəşf etmədiyimi" bilirəm. Bu üsul illərin sınağından keçib artıq. Sadəcə bir serial və sayt məsləhət görəcəm.

ororo.tv saytı. Qeydiyatsız (ödənişsiz) gündə bir saat istifadə etmək olur. İngilis dilində istədiyiniz film/serialı izləyə bilərsiniz. Müxtəlif dillərdə subtitrlar da var, aktivləşdirmək istəyinizdən aslıdır.
3. Kitablar
Söz əzbərləməyi sevmədiyim üçün bu üsulu seçdim. Kitabı lüğətlə oxuyuram (oxumağa çalışıram) və bir müddət sonra tez-tez təkrarlanan sözlər yadımda qalır. Düzü yorucu üsuldur.
Və nitqinizi düzəltmək üçün, çalışın kitabı səsli oxuyun.
4. Xüsusi programlar və saytlar
Burda seçim çoxdur. İstifafə edib bəyəndiklərimdən nümumə verəcəm.
Lingualeo - rus və türk dilli versiyaları işlədə bilərsiniz.. Həm sayt, həm program versiyası var. Saytın bütün funksiyalarından istifadə etmək üçün ödəniş etmək lazımdır, ancaq bunsuzda istifadə etmək olur. Söz əzbərlətmə oyunları, qrammatik kurs (çox az hissəsi pulsuzdur), video dərslər və müxtəlif digər vodeolar var. Mənim ən çox bəyəndiyim sayt oldu.
lingualeo.com/tr
lingualeo.com/ru
Duolingo - ingilis, türk, rus və s. dilləri əsas götürüb müxtəlif dillər öyrənmək olar. Daha çox söz əzbərləmək üçün yaxşıdır. Və əvvəlcədən bir bazanız yoxdursa bu saytdan istifadə etmək çətin olacaq.
Birdə söz əzbərləmək üçün xüsusi programlar var. Play marketde tapa bilərsiniz. Amma mən rəst gəldiyim programlarda rus dili baza kimi götürülürdü.
4.Sosyal şəbəkələr
Bildiyimiz şəbəkələri nəzərdə tutmuram. Bu məqsədlə qurulan xüsusi sosyal şəbəkələr var. Ən çox sevdiyim üsul bu olsa da ən çox problem yaradan da budur. Ardıq öyrəndiyiniz dildə danışa biləcək qədər biliyiniz varsa bu üsula keçə bilərsiniz. Beləliklə biliklərinizi genişləndirmiş olursunuz, və bir müddət sonra daha rahat cümlə qurursunuz.
Müsbət cəhətləri:
1) Dünyanın müxtəlif yerlərindəki insanlarla əlaqə saxlamaq imkanı
2) Dil daşıyıcıları ilə danışmaq. (Məsələn İngiltədən bir insan sizə ingilis dilini təkmilləşdirməyə kömək edir, siz də ona öz dilinizi öyrədirsiniz)
Mənfi cəhətləri:
1) Bu əsasən qızlara aiddir. Oğlanlar... Tanışlıq qurmaq istəyən oğlanlardan rahat yoxdur.
2) Hamı qrammatikaya fikir vermir.
Saytdan necə istifadə edəcəyininz sizdən aslıdır qısası)))
Keçək yoxladığım üsullara.
İnterpals - www.interpals.net 》məktublaşma prisipinə bağlıdır. Danışmaq istədiyiniz insanın kriteriyalarını seçib axtarış edə, və istəmədiyiniz kriteriyadakı insanları bloklaya bilərsiniz (məs.: yaş, cinsiyət, milliyətə görə...)
![]() |
Bildiyiniz və öyrəndiyiniz dili seçib bu kriteriyalara uyğun insanlarla ünsiyətə keçmək olur |
![]() |
Müxtəlif mövzulu forumlara qoşulmaq olar |
Anygram - program versiya. İnstagramı xatırladır biraz. Şəkil, yazı, video paylaşmaq olur.
Global friends - Eyni anygramı xatırladan tipdə bir programdır. Daha sadə interfeysi var və istifadəsi mənə daha rahat gəldi.
Play Marletde _language exchange_ yazın, bu tipdə çox program var.
Yorumlar
Yorum Gönder