Məşhur BOOK CHALLENGE in yerli versiyasına xoş gəldiniz*_*
QAYDALAR
- Festival 1 iyul - 31 avqust 2016 tarixləri arasında baş tutacaq. (1 iyuldan əvvəl və 31 avqustan sonra oxunan kitablar hesaba alınmır).
- Festivala 1 iyul - 31 avqust arası istədiyiniz vaxt qoşula bilərsiniz.
- Oxuduğunuz hər kitabı sadəcə bir kateqoriyaya aid edə bilərsiniz. Və eləcə də hər kateqoriyaya sadəcə bir kitab aid edə bilərsiniz (son 3 kateqoriya xaric)
Kateqoriyalara uyğun hazırlayacağınız siyahılarda dəyişiklik etmək mümkündür.
- Kateqoriyaların hamısını tamamlamaq məcburiyətində deyilsiniz. Məqsəd oxuya bildiyiniz qədər çox kitab oxumaqdır.
- Hər kateqoriyaya uyğun ballar verilir. Son 2 kateqoriyanın bütün kitablarını oxusanız əlavə ballar qazanacaqsınız.
- İstədiyiniz dildə kitab oxuya bilərsiniz.
- Elekton və ya nəşriyyat kitablarını oxumaq özünüzdən aslıdır.
- Əlaqə üçün:
blogger - kitabdunyamdan.blogspot.com (şərh hissəsi açıqdır)
instagram - kitabtozu
mail - kitabdunyam@gmail.com
(Festivala qoşulmaq üçün bu vasitələrin sadəcə birini istifadə etməklə xəbər verin. Təcili əlaqə saxlamaq istəsəniz mailə yazmağınızı xahiş edirəm).
- Həmçinin instagramda #kitabfestivaliyay2016 ilə paylaşımlar edin. Kimin hansı kitabları oxuduğunu bilmək maraqlı olacaq.
- 10 SENTYABR 2016 TARİXİNƏ KİMİ NƏTİCƏLƏRİNİZİ (KATEQORİYA ADI VƏ YA SIRA NÖMRƏSİ - OXUDUĞUNUZ KİTAB - VƏ MÜƏLLİFİ) GÖNDƏRİN.
KATEQORİYALAR:
1. 500 səifədən uzun bir kitab (original versiya, elektron yox!) (10 bal)
2. Azərbaycan Sovet ədəbiyatından bir kitab (1921 - 1991ci illərin kitabları) (10 bal)
3. Klassik roman (10 bal)
4. Əsasında film/serial çəkilmiş bir kitab (10 bal)
5. Məşhur bir yazıçının ilk kitabı (10 bal)
6. 2015-2016 da nəşr olunmuş bir kitab (azərbaycanlı yazıçının kitabı olmalıdır) (10 bal)
7. Aftobioqrafik bir kitab (yazıçı öz haqqında yazır) ( 10 bal)
8. Uzun müddətdir oxumaq istəyibdə oxuya bilmədiyiniz kitab (10 bal)
9. Real hadisələrə əsaslanan kitab (10 bal)
10. Kitabxanadan götürdüyünüz hərhansı bir kitab (Kitabxana ilə tanış deyilsinizsə hələ də gec deyil) (10 bal)
11. Sevdiyiniz hərhansı bir ölkədən (və ya o ölkə ədəbiyatından) bir kitab. (10 bal)
12. Özünüz fikirləşdiyiniz bir kateqoriyadan kitablar (ən az 2 kitab) (hər kitaba 10 bal)
13. Bir kitab seriyası ( hər kitaba 10 bal; seriyanı tamamlayanlara əlavə 20 bal)
14. Bir müəllifdən 3 kitab (hər kitaba 10 bal, bütün kitabları oxuyanlara əlavə 20 bal)
Ümid edirəm ki bizə qoşulan və qoşula bilməyən hər kəsə maraqlı ideya vermiş olarıq.
Yorumlar
Yorum Gönder