"Bu kitabda istifadə olunmuş materialları bütünləşmiş Milligandan, onun digər şəxsiyyətlərindən və Billinin həyat yolunun hərhansı mərhələsində yolu onunla kəsişən altmış iki insandan əldə etmişəm. Səhnələr və dialoqlar Billinin xatirələri əsasında canlandırılmışdır. Terapiya seansları videoyazılardan götürülmüşdür. Mən heçnə uydurmamışam."
D.Keyes

Və ikinci pis xəbər: Kitabın ikinci hissəsi olan "The Milligan wars" 1994-cü ildə Yaponiyada nəşr olunub və heç bir dilə tərcümə olunmayıb. Oxuduğuma görə kitabın tərcüməsi filmin (The crovded room) premyerasından sonraya nəzərdə tutulub. Baş rolda Leonardo di Kaprionun çəkildiyi filmin nümayişi 2016-cı ilə nəzərdə tutulurdu.
Mövzu

_ _ _ _ _ _ _ _ _ _
Billinin atası intihar edəndən sonra anası Chalmer Milliganla ailə qurur. Ögəy ata uşaqla (Billinin böyük qardaşı Jim, kiçik bacısı Kathy və Chalmerin qızı) əziyyət edir. Billi dəfələrlə fiziki və cinsi zorakılığa məruz qalır. 9 yaşında başına gələnlərdən sonra psixologiyası tamamilə alt-üst olur.
Billinin daxilində 24 şəxsiyyət yaşayır. Onlar böyük əksəriyyətdə bir birlərinin etdiklərini xatırlamırlar.
- Devid, "dairəyə durmaq" nə deməkdi?
- Artur belə deyir. O bizə deyir ki, bizdən biri dünyaya çıxmalı olanda bu baş verir. O projektor işığına bənzəyən böyük işıq dairəsidir. Hamı onun ətrafında olur, ya yatır, ya da oyaq olurlar. Dairəyə duran dünyaya çıxır. Artur deyir ki, "Dairəyə duran zehni idarə edir".
Billinin şəxsiyyətləri:
Billi Milliqanın 24 şəxsiyyətindən 10-u əsas, digərləri isə hər hansı qeyri-mənəvi hallarda özünü biruzə verirdi:
1. Billi Milligan - əsas şəxsiyyət. 23 yaşındadır. Böyük əksəriyyətdə yatır. (16 yaşında intihar cəhdindən sonra Artur və Reycen onu yuxuda saxlayırlar).
2. Artur - Britaniyalı, intellektual. 22 yaşında. Digərlərinin varlığından ilk o xəbər tutub. Sakit şəraitdə o qərar qəbul edir.
3. Reycen Vadaskovniç - 30yaşlarında yuqoslav kommunist. Serb dilini bilir. Silahlar və şərq döyüşləri üzrə mütəxəssis. Təhlükə şəraitində qərar qəbul edir.
4. Allen - 18 yaşlı rəssam və musiqiçi. Ağıllıdır, ləhcəsiz danışır və buna görə adətən insanlarla ünsiyyətə o keçir.
5. Tommi - 16 yaşlı mexanik. Məişət texnikası və elektronika üzrə mütəxəssis. Rəssam-peyzajist.
6. Denni - 14 yaşlı kövrək üşaq. Kişilərdən qorxur. Ögəy atanın zorakılıqlarına ən çox o məruz qalıb.
![]() |
Artur Kristin Eypril |
7. Devid - 8 yaş, "Ağrı qoruyucusu". Billi fiziki ağrı çəkəndə dəirəyə durur.
8. Kristin - 3 yaşlı ingilis qız.
9. Kristofer - 13 yaş, Kristinin qardaşı.
10. Adalana - 19 yaşlı lesbiyan. Utanqac, şeir yazır.
11. Müəllim - Şəxsiyyətlərin birləşməsi
ARZUOLUN MAYANLAR:
12. Fil - 20 yaşlı Bruklinli dələduz. Xırda oğurluqlara görə çıxmağı qadağa olunur.
13. Kevin - 20 yaş. Filin köməkçisi. Analitik düşüncəyə məlik olur və oğurluqların planını qurur.
14. Uolter - 22, Avstraliyalı. Turizm və ovu sevir.
15. Eypril - 19. Bostonlu. Billinin ögəy atasını öldürmək üçün dəhşətli planlar ququr.
16. Samuel - 18 yaşlı dindar yahudi.
17. Mark - 16 yaşlı xəstə autist.
18. Stiv - 21. Yalançı. digər şəxsiyyətlərin yalan danışmamaq adəti olduğundən çıxması qadağan olunur.
19. Li - 20. Pis zarafatları sevir.
20. Ceyson - 13. Ədalətsizlik olanda sərt etiraz edir. Buna görə ögəy ata ilə problemlərə səbəb olurdu.
21. Robert - 17 yaşlı xəyalpərəst. Məcara kitablarını sevir. Faydasız hesab olunur.
22. Şon - 4 yaşlı kar oğlan.
23. Martin - 19. Göstərişi sevir.
24. Timmi - 15. İşlədiyi gül dükanının sahibi ona qarşı cinsi zorakılıq etməyə çalışandan sonra dairəyə durmur.
Əsas, açar mövqeli olan Billi daim özünə qəsd etməyə cəhd edirdi. Onun 16 yaşı olduqda damdan özünü ataraq intihar etmək istəsə də, digər “şəxsiyyətlər” buna imkan vermir və onu 6 il müddətinə keyləşdirirlər. Hər oyanış Billi üçün böyük zərbə olurdu, çünki o ölü olduğunu hesab edirdi.

Bəs Şəxsiyyət bölünməsi nədir?
Nadir psixi xəstəlik olub şəxsiyyətin parçalanması ilə müşahidə olunur. Bir bədəndə bir neçə insan yaşayırmış hissi oyadır. Hər şəxsiyyət dəyişikliyi yaddaş itkisinə gətirir.
Səbəblər: Uşaq yaşlarında keçirilən güclü emosional zədələr, təkrarlanan fiziki, cinsi, emosional zorakılıq. Bu halda insan hadisələri başqasının başına gəlirmiş kimi qəbul edir.
Şizofreniya?
Şəxsiyyət bölünməsini bəzən şizofreniya xəstəliyi ilə eyniləşdirirlər. Ancaq bu doğru deyil.
Şizofreniya düşüncə və qavrama pozğunluğudur.
Şizofreniya düşüncə və qavrama pozğunluğudur.
Simptomlar: olmayan səsi eşitmək, əlaqəsiz nitq və düşüncə, sayıqlama və s.
Billi həmdə gözəl rəssam olub. Yuxarıdakı "Artur, Kristin və Eypril"in şəkli də Billiyə aiddir. Bu da onun rəsmlərindən:
instagramdan geldim😇Çox etraflı yazmısan çox beyendim kitabı😊Çox teşekkur edirem😇En qısa zamanda oxuyub fikirlerimi bölüşecem senle
YanıtlaSilO qədər sevindim ki şərhi oxuyanda)))) Kiməsə faydalı olmaq xoşdur. Ümid edirəm ki kitabı da bəyənərsən. Şərhini gözləyəcəm:))
Sil