Geyşanın memuarları

Bu yaxınlarda maraqlı bir kitab oxudum "Geyşanın memuarları". Kitab Yaponiya mədəniyyətinin bir parçası olan GEYŞALIQdan bəhs edir. Düzü kitab çox bədbin təəsuratlar qoydu məndə. Təsəvvür etdiyim geyşalarla burda təsvir olunanlar tamam fərqli idi. 


"Qanun" nərşriyyatının hazırladığı məlumat:

 20-ci əsrin ən tanınmış geyşalarından biri Nitta Sayurinin həyat hekayəsi. Hətta siz məhəbbət romanlarının pərəstişkarı deyilsinizsə və ümumiyyətlə, ilk baxışdan məhəbbətə inanmasanız belə, “Gündoğan ölkə”nin özünəməxsus mühitinə daxil olmaqdan və kənar şəxslər üçün qapalı, gizli bir cəmiyyəti daxildən tanımaqdan inanılmaz həzz alacaqsınız.
Roman yalnız kişilərə məxsus olan tam başqa bir aləmə, başqa bir dünyaya açılan qapıdır. Bu aləmdə qadınlar heç vaxt düşündüklərini deyil, yalnız onlardan gözlənilənləri, tələb olunanları deyirlər. Onlar heç bir istəyə və seçim hüququna malik ola bilməzlər. Qadınlar doğulandan ölənə qədər onlar üçün əvvəlcədən müəyyən olunmuş yolla irəliləyirlər, bu yoldan sapma ehtimalı çox cüzidir. Onlar mövcuddurlar, ancaq demək olmaz ki, yaşayırlar. Ona görə ki, yalnız tənhalıqda özləri kimi ola bilirlər, ancaq bu hüquqdan da məhrumdurlar.
Geyşalıq işi – gözəllik və incəsənətdir. Bu ancaq kənardan belə görünür. Daxildən isə yalnız ağır, üzücü əmək, riyakar bir peşədir. Bundan savayı, heç nə yoxdur. Tamamilə heç nə.

Tərcümə: Ülkər Elxanqızı


GEYŞA nə deməkdir?
Geyşa sözünün hərfi mənası – "incəsənət adamı" deməkdir.
Geyşalar – milli güllü kimono geymiş, sifəti xüsusi bir formada makyaj olunmuş qadınlara deyilir.
Onların sifəti dümağ rənglənir, dodaqlarına qıpqırmızı pomada çəkilir.
Geyşaların peşəsi xüsusi çay evlərində (o-tyaya) qonaqları şirin söhbətlərə cəlb etmək, müsiqi alətlərində (siyamisen və koto mus. alətləri) ifa edərək qonaqları əyləndirmək və onlara xüsusi ədalarla yemək-içmək paylamaqdan ibarət olmuşdur. Bu cür tədbirlər (banketlər) o-dzasiki adlanırdı ki, bu tədbirlərə, əsasən, yüksək rütbəli xarici qonaqları dəvət edirdilər. Bir çox hallarda isə, bu cür banketləri təşkil edərək, xarici prezidentləri, monarxları və s. çox yüksək statuslu xariciləri dəvət edib onlara qədim Yaponiyanın ənənələrini göstərirdilər. (Vikipediya)
Hal-hazırda qeyşalıq tarixə qovuşur deyəsən. İndi sadəcə Kiotoda bir neçə yüz geyşa fəaliyyət göstərir. (Əvvəllər bu rəqəm minlərlə idi)

Artur Qolden Amerikalı yaponist və yazıçı, 1997-ci ildə nəşr olunmuş "Geyşanın memuarları" kitabının müəllifidir. Onun ssenarisi əsasımda da 2005-ci ildə eyni adlı film çəkilib. Kitabı 60-70-ci illərin məşhur geyşası Mineko İvasakinin xatirələri əsasında qələmə alıb. Ancaq kitab çıxandan sonra Mineko narazı qalıb. Çünki birincisi, əvvəlcədən razılaşdıqlarından kənara çıxaraq Qolden ictimaiyyətə Mineko İvasakinin adını açıqlayıb. İkincisi isə müəllifin bəzi faktları uydurması ittihamı oldu. İş məhkəməyə qədər gedib və Qolden təzminat ödəmək məcburiyyətində qalıb. Buna cavab olaraq Mineko "GEYŞANIN ƏSİL MEMUARLARI" adlı kitab da yazıb. Amma əlbəttə ki ilk kitabın uğurunu qazana bilməyib.



Çoxdandır aktiv olmasada çox sevdiyim bir kitab blogu var, film və mövzu haqqında daha maraqlı məlumatı KİTABXANAM blogundan oxuya bilərsiniz. 


Kitabın əsas mübahisəli yeri və İvasakinin etirazına səbəb (bu hissəni geyşa yalanlayır)  olan məqam geyşalığa yeni başlaməş qızların bakirəliyinin satılması adəti idi. Sayuri (əsas qəhrəman) və onun "böyük bacısı" Mameha bu işddə necə böyük pullar qazandıqlarından bəhs edirlər. Ümümiyyətlə maraqlı adətlərdən bəhs olunur, amma heç biri bu qədər qeyri adi deyildi.
Siz də başqa ölkələrə, zamanlara mənim kimi "səyahət etməyi" sevirsinizsə baxın, oxuyun. Maraqlı mövzudur.

Bir çox insanlar BÖYÜK və MƏŞHUR olmaq arasındakı fərqi görmürlər.
Biz həyatdan həzz almaq üçün geyşa olmuruq. Biz, başqa çıxış yolumuz olmadığı üçün geyşa oluruq.
Bədbəxtliklər küləyə bənzəyirlər. Bizi yolumuzdan döndərdiklərini nəzərdə tutmuram. Paltarımızı çıxarırlar və biz əslində olduğumuz kimi görsənirik, görsənmək istədiyimiz kimi yox.








Yorumlar