Real "Antiutopiya"

Antiutopiyaneqativ faktorların üstünlük təşkil etdiyi, adətən gələcəkdəki bir cəmiyyəti təsvir edən bədii ədəbiyyat janrıdır. UTOPİYAnın (ideal cəmiyyət təsviri) əksidir. Termini ilk dəfə XIX-cu əsrdə ingilis filosofu və iqtisadçısı Con Mill işlədib.

antiutopiya kitabları

Hələki ancaq "Farenheytlə 451", "1984", "Heyvanıstan" kitablarını oxumuşam. İndi də "Cəsur yeni dünya"nı oxuyuram. Onu deyim ki bunun yanında əvvəlkilər gül-çiçək qalır.
Bu janrda kitab oxuyanlar azdan çoxdan söhbətin nədən gedəcəyini təsəvvür edə bilərlər. Dünya üzərində qurulan diktatura rejimi, böyük nəzarət, azadlığın alınması, "xoşbəxtlik" illlyuziyası, tək qanuna tabe olmaq məcburiyyəti... Elə "Farenheyt 451"in əsas mövzusunu götürək. Kitablar yandırılır. Yalnız rejimə xidmət edən kitabların oxunmasına icazə verilir.

Bu janrla ilk "1984" kitabı ilə tanış olmuşdum. Umumiyyətlə Orwell kitablarını oxuyanda SSSR canlanırdı gözümdə. "Big brother" eynən Stalini xatırladırdı. "Heyvanıstan" isə SSSR-nın qurulmasını təsvir edirdi məncə. Əslində yazıçı sosiolist ideologiyasına pərəstiş edib, amma Sovetlər Birliyində qurulan rejimlə heç cür razılaşa bilməyib. Buna baxmayaraq İngiltərə höküməti onu SSSR-nı dəstəkləməkdə günahlandırıdı.
"1984" kitabında yaradılmış həbsxəna səhnəsi çox ağır idi. Amma əminəm ki, tarix bunun daha dəhşətlilərinə şahid olub. 
Kitab yandırmaq da daimə dəb olub. İnsanı susdurmaq asandı. Kitabı isə ancaq məhv edərək susdurmaq olar. 

"Cəsur yeni dünya" isə tamam ayrı aləmdi. Müəllif ağlınıza gələ biləcək hər mövzuya toxunub. Və bizim cəmiyyətin tamamilə alt-üst olmuş halını təsvir edib. Ən azı onu deyim ki Forddan sonrakı erada (yeni era Henri Ford ilə başlayır, və Ford tanrı sayılır) ən böyük ayıb AİLƏ sayılır, ən böyük söyüş isə "ata, ana" sözləridir.

Gələk bu yazını yazmağımın əsil səbəbinə... POL POT


"Qırmızı kxmerlər" hərəkatıının başçısı tarixə ən böyük qanlı diktatorlardan biri olaraq tarixə keçib.

Salot Sar - Kambodjada kəndli ailəsində dünyaya gəlib. Ali təhsilini Fransada alıb, siyasətlə maraqlanıb. Pol Pot ləqəbi isə fransızca "politique potentielle" (imkanlar siyasəti) sözündən gəlir. 

1953-ci  ildə Kambodja Fransanın əsarətindən azad olur. Bir neçə il ölkədə vətəndaş müharibəsi gedir, Vyetnam müharibəsinə qoşulurlar, ABŞ daima ölkənin daxili işlərinə qarışır. Belə bir şəraitdə 1975-ci ildə Pol Pot hakimiyyəti əlinə keçerir.

İlk olaraq ölkənin adı Kampuçiya olaraq dəyişdirildi. "Şəhər-günahların mənbəyidir" ideologiyasını təbliğ edən diktator 3 günə paytaxtın əhalisini köçürdü. Sonra isə başqa şəhərlər boşaldıldı. Əvvəlki rekimə qulluq etmiş insanlar edəm olundu. Ölkənin xarici dünya ilə əlaqəsi tamamiylə kəsildi.
Məhkəmələr ləğv edildi. Artıq tək bir cəza sistemi var idi. Ən yaxşı halda - güllələnmə, yada - daşa basılma, diri diri basdırılma... 
Hökümətə maneə olan insanlar edam olunurdu. Qalanları isə "xoşbəxt həyat üçün" tarlalarda işləyirdilər. Gün doğuşundan gün batımına qədər hamı işləməyə məcbur idi. 
Ailə anlayışı ləğv olunmuşdu. Qadınlar millətin "əmlakı" elan olunurdu. Kişilərə qadınları kənd ağsaqqalları təyin edirdilər. Amma onların bir yerdə yaşamaqları qadağan idi. Sadəcə ayda 1 dəfə görüşə bilərdilər.

Pol Potun əsas gücünü isə yeniyetmə və uşaqlar təşkil edirdilər. Rejimə sadaqət ruhundə yetişdirilən uşaqlan kiçik yaşda silahla tanış olurdular. Mənəvi inkişaf etməmiş, fiziki gücə malik, qorxusuz gənclər güclü silah idilər. 
Kitabları yandırmaq adətinə o da qoşulub. Sədacə "siyasi tərbiyəyə", "yenidəntərbiyəyə" xidmət edən kitabları oxumaq olardı.

1979 üsyanından sonra Pol Pot rejimi ləğv olundu. Edam qərarı çıxdı, amma tətbiq olunmadı. 1998-ci ildə dünyasını dəyişdi.

Heç bir yazıçın ağlına gəlməyəcək dəhşətlər baş verir dünyada. Hələ bəzi hissələri yazmağa əlim gəlmədi. Təəsüf ki bu ANTİUTOPİYA göründüyü kimi fantastika deyil.  

P.S. YouTube da videolar var. Yükləməyə əlim gəlmədi, biraz ağırdı...



















Yorumlar