İngilis filosofu, dramaturq, yazıçı, şair və tənqidçisi Oskar Uayld Viktoriya dövrünün son çağlarının məşhur simalarındandır. XIX əsr İngiltərəsinin çox parlaq və incə estetlərindən biri olan yazıçı ingilis dilində yazılmış ən gözəl komediya, eləcə də esselərin müəllifidir. O, həyatının son illərini Sebastiyan Melmot adı ilə yoxsulluq içində Parisdə yaşamış, elə oradaca hamı tərəfindən unudulmuş şəkildə vəfat etmişdir.
“Dorian Qreyin portreti” Oskar Uayldın dərc edilmiş yeganə romanıdır. İlk dəfə 1890-cı ilin iyul ayında “Lippinkottun aylıq jurnalı”nda (Lippincott's Monthly Magazine) çap olunmuşdur. Əsər sonralar estetizmin manifestinə çevrilmiş xüsusi müqəddimə və altı yeni fəsil əlavə olunaraq 1891-ci ilin aprel ayında ayrıca kitab şəklində nəşr edilmişdir.
İllərdir bu kitab haqqında bildiyim tək məlumat Dorianın yerinə qocalan portretdən bəhs etməsi idi. Uzun müddət gözlədikdən sonra oxudum kitabı. Məsələ portretin yaşlanması qədər sadə deyilmiş.
Dorian Qrey zadəgan ailənin yegənə varisidir. Ailisəni itirəndən sonra bütün var dövlət ona qalır. Amma onun xüsusiliyi bunda deyil. Dorian qeyri adi gözəlliyə malikdir.
Hadisələr Dorianın simasına vurulan, ondan ilham alan rəssam Bezilin Qreyin portretini çəkməsi ilə başlayır. Daha sonra rəssam vasitəsi ilə Henri ilə tanış olur. Və bu tanışlıq gəncin həyatını tamami ilə dəyişir.
İlk başlarda Bezilin Dorian Qreyə vurğunluğu qeyri adi gəlmişdi. (bu haqqda daha sonra...)
Ümumi təsurata qaldıqda isə, hadisələri mələklə şeytanın Dorian üzərində güclərini sınamasına bənzədərdim. Qabaqcadan deyə bilərəm ki qaranlıq qüvvə üstün gəlir.
Standart süjetlərdən uzaq, maraqlı və dərin mövzudur. Fəlsəfi məqamları da unutmayaq.
Adətən belə səs gətirən kitabların müəllifləri qeyri adi şəxsiyyətlər olur. Ona görə də Oskar Uayl ilə də maraqlandım birbalaca. Diqqətimi çəkən, maraqlı məlumat tapdım.
![]() |
Oskar Uayld və Alfred Duqlas |
Duqlas Oskardan 16 yaş kiçik varlı tələbə idi. Düzü bu ikisinin əlaqəsi Henri-Bezil-Dorian münasibətlərinin qarışığı kimi görsənir. Uayldın Duqlasla tanışlığı 1891-ci ildə (yəni roman yazılandan sonra) olmasaydı deyərdim ki bu avtobiografik romandır.
Oskar bu ərəfələrdə ailəli və iki oğul atası idi. Alfred isə varlı ailənin ərköyün oğlu idi. Yazıçının gənc tələbəni tez tez pulla da təmin etdiyi deyilirdi. İki insanın dostluğu şayələrə gətirib çıxarır. Hətta Alfredin atası dostluqlarını pozmaq üçün müxtəlif yollara əl atır. Nəhayət iş məhkəməyə qədər çatır. Oskar gənc Duqlasla cinsi əlaqədə günahlandırılır və həbs olunur.
1897-ci ildə azad olandan sonra yazıçının həyatı alt üst olur. Həyat yoldaşı ondan ayrılır. Həbsdə olan vaxt onu xatırlamayan Alfred pul tələb etməyə başlayır. Ömrünün son illərini Fransada səfalət içində keçirir.
Bundan başqa Oskar Uayldın sosializim haqqında da bəzi yazılar yazdığına rast gəldim. Ailə institutuna qarşı olduğu, insanların bərabər hüquqa malik olacağı cəmiyyət xəyalı ilə yaşadığı da qeyd olunur. Həmdə Uayld ədəbiyyatdə estetizm axımının banisi hesab olunur.
Belə bir maraqlı insanın kitabını oxumamaq olmazdı...
Yorumlar
Yorum Gönder